Rabita Mobile tətbiqinə daxil ol və ana menyudan “İnvestisiya” bölməsini seç.
Açılan səhifədə sənə lazım olan əməliyyatlar görünəcək.
Pul vəsaitini daxil etmək üçün “Mədaxil” düyməsinə toxun.
Daha sonra yönləndirmələrə uyğun olaraq məbləği daxil et və prosesi tamamla.
İlk olaraq məlumatlarla tanış ol və hər şey aydın olduqdan sonra “Növbəti” düyməsinə toxun.
Açılan səhifədə mədaxili hansı bank kartı ilə edəcəyini seç.
Daha sonra mədaxil etmək istədiyin məbləği daxil et.
Qeyd: Mədaxil yalnız dollar valyutası ilə qəbul olunur.
Əmin olduqdan sonra “Təsdiq et” düyməsini seç – beləliklə, ödənişin tamamlanacaq və investisiya prosesinə keçid edəcəksən.
Mədaxil prosesini uğurla tamamladın.
Artıq sən də investisiya dünyasına ilk addımını atdın və istədiyin vaxt, istədiyin şirkətə sərbəst şəkildə sərmayə qoya bilərsən. Rahatlıqla səhmləri araşdır, analiz et və qazancını artırmağa başla!