1-ci addım

Hesabdan necə məxaric etməli?

Rabita Mobile tətbiqinə daxil ol və ana menyudan “İnvestisiya” bölməsini seç.


Açılan səhifədə sənə lazım olan əməliyyatlar görünəcək.


Pul vəsaitini çıxarmaq üçün “Məxaric” düyməsinə toxun.


Daha sonra yönləndirmələrə uyğun olaraq məbləği daxil et və prosesi tamamla.

2-ci addım

Məxarici tamamlamaq üçün son addım

Sənə təqdim olunan məlumatlarla tanış olduqdan sonra, səhifənin sonunda yerləşən “Növbəti” düyməsinə toxun.


Ardınca vəsaiti köçürmək istədiyin kartı seç və əməliyyatı təsdiqlə.


Bir neçə saniyə ərzində çıxarış icra olunacaq və müvafiq bildiriş alacaqsan.

 

3-ci addım

Qazancın artıq kartındadır

İnvestisiya çıxarışı uğurla tamamlandı və qazancın artıq seçdiyin kartdadır.


İndi isə rahatlıqla istifadə edə və gələcək yatırımlarını planlaya bilərsən.