Mobil tətbiqdə “İnvestisiya” bölməsinə daxil ol və səhmini almaq istədiyin şirkəti seç.
Şirkət haqqında məlumatları incələ və qərarını verdikdən sonra “Alış” düyməsinə toxun.
Bu addım sənə seçdiyin şirkətin səhmdarı olmaq və gəlir əldə etmək fürsəti yaradır.
Alış prosesini iki fərqli üsulla həyata keçirilə bilərsən – sənə uyğun olanı seçməyin kifayətdir:
Say üzrə alış – almaq istədiyin səhm sayını seç (məsələn: 100 ədəd səhm)
Məbləğ üzrə alış – müəyyən bir məbləğ daxil et və bu məbləğə uyğun neçə səhm alınacaqsa sistem avtomatik hesablayacaq (məsələn: 100 dollar dəyərində)
Hansı üsul daha rahatdırsa, onu seç və davam et. Seçim sənindir!
Təbriklər! Seçimin uğurla sistemə daxil edildi.
Artıq sən də səhmdar oldun – investisiya dünyasına xoş gəlmisən!