1-ci addım

Tətbiqə daxil ol və məlumatlarını tamamla

İlk addım üçün Rabita Mobile tətbiqini aç.

 

Ana səhifədə “İnvestisiya” bölməsini tap və üzərinə toxun. Daha sonra sistem səni məlumatların daxil ediləcəyi səhifəyə yönləndirəcək.

 

Şəxsi məlumatlarını düzgün şəkildə doldur və “Növbəti” düyməsini seçərək davam et.

 

Ardınca, gəlirlər, aktivlər və digər maliyyə məlumatlarını daxil et. Bütün bölmələri tamamlamaqla investisiya üçün ilkin addımı atmış olacaqsan.

Ən sonda şərtlərlə tanış ol, əgər razısansa, “İmzala və təsdiqlə” düyməsini seç.

2-ci addım

Biometrik qeydiyyatı həyata keçir

Ekranda açılan kamera görüntüsündə üzünü dairənin içərisinə düzgün şəkildə yerləşdir.


Sistemin səni tanıması üçün “Başla” düyməsinə toxun və təlimatları tamamla.


Yoxlama bir neçə saniyə çəkəcək və sistem tərəfindən hesabın yaradılacaq.
Bu mərhələ sənə daha təhlükəsiz xidmət təqdim etmək üçün nəzərdə tutulub.

3-cü addım

Hesabın aktivləşməsi

Artıq hər şey hazırdır!


Məlumatların yoxlanıldıqdan sonra hesabın aktivləşəcək və sənə bu barədə bildiriş göndəriləcək.
Bundan sonra investisiya alətlərindən istifadə etməyə, maliyyə gəlirini artırmağa elə bu gündən başlaya bilərsən.